ATƏT-in Bakı ofisinin dəstəyi ilə “Konstitusiya” Araşdırmalar Fondunun həyata keçirdiyi “Saxlama yerlərinin monitorinqi - 2013” layihəsi çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 15 saylı Cəzaçəkmə Müəssisəsində monitorinq keçirilib.
Fonddan Lent.az-a verilən məlumata görə, monitorinq zamanı müəssisənin bütün obyektlərinə, o cümlədən müəssisənin yataqxanasına, cərimə təcridxanasına, karantin zonasına, görüş yerlərinə, sanitar-tibb hissəsinə, ərzaq anbarına və mətbəxə, yeməkxanaya, kitabxanaya, dini ibadət otağına baxış keçirilib, müəssisədə sıxlıq müşahidə edilib. O cümlədən məhkumlarla görüş keçirilib, onlarla rəftar, saxlanma şəraiti müzakirə edilib, 7 məhkuma hüquqi yardım göstərilib.
15 saylı CÇM-də məhkumların işlə (158 nəfər) və təhsillə (75 nəfər) təmin olunması vəziyyəti digər müəssisələrlə müqayisədə yüksəkdir. Müəssisədə məscid ilə yanaşı xristian məhkumlar üçün kilsə də fəaliyyət göstərir.