13 dərəcə isti olacaq
18 dekabr 2014 14:00 (UTC +04:00)

13 dərəcə isti olacaq

0

 

Dekabrın 19-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.


 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, mülayim cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-7, gündüz 8-12 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında dekabrın 19-da əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 3-8, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 236

Oxşar yazılar