“Oğlum 3 ay ərzində təkrar əməliyyat olunmazsa, kor olacaq”. Bunu Lent.az-a I qrup gözdən əlil Zamir Əzizağa oğlu Əzizovun anası Solmaz Əlisahab qızı Əzizova deyir. S. Əzizovanın sözlərinə görə, Z. Əzizov həm ümumi fiziki, həm də gözdən əlildir: “Bu yaxınlarda gözlərində baş verən ani rahatsızlıq bizi müalicə məqsədilə İran İslam Respublikasına getməyə məcbur etdi. Burada müayinə zamanı bəlli oldu ki, oğlumun gözü karatakonus xəstəliyindən artıq dağılmış vəziyyətdədir və təcili əməliyyat olunmalıdır. Qohum, qonşunun maliyyə dəstəyi ilə onu əməliyyat etdirdik. Lakin bizə bildirdilər ki, bu, hələ əməliyyatın ilkin mərhələsidir”.
Əməliyyatın ikinci mərhələsi üçün isə onlara 10 min manat pul vəsaiti tələb olunur: “Bu məbləğ yığılmasa, oğlumun gözlərini qurtarmaq mümkün olmayacaq. Ailəmizdə beş əlil var, özüm, oğlanlarım və həyat yoldaşım. Bu səbəbdən bizim bu məbləği yığmağa imkanımız yoxdur. Bir ana kimi imkanlı şəxslərə yalvarıram, bu məbləğ yığılmasa, oğlum ömrü boyu görməyə bilər”.
Zamir Əzizova yardım etmək istəyənlər aşağıdakı bank hesabına pul köçürə bilər.
Hesab :QSC BANK STANDART Əhmədli filialı
S WIFT MOSZAZ22
esabın sahibi: Əzizova Solmaz
Hesab Nömrəsi: 380109441329111201
Müxbir hesab: AR AMB MƏİ-də AZ66NABZ01350100000000003944
Tel: 070 305 42 21 055 366 79 96 050 285 56 56