WUF13-də  məskunlaşma böhranı ilə əlaqədar həll yolları araşdırılacaq
27 fevral 2026 10:28 (UTC +04:00)

WUF13-də məskunlaşma böhranı ilə əlaqədar həll yolları araşdırılacaq

0

WUF13-də Azərbaycanın şəhərsalma və arxitektura sahəsində təcrübəsini beynəlxalq ictimaiyyətə təqdim etmək imkanımız olacaq.

Lent.az xəbər verir ki, bunu WUF13-ün Milli Koordinatorunun müavini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini Gülşən Rzayeva WUF13 tədbirinə hazırlıq işlərinə dair media brifinqində deyib.

“2022-ci ildən başlayaraq Azərbaycanda şəhərsalma sahəsində yeniliklər olub. Xüsusilə BMT ilə birgə layihələr həyata keçirilib və bu proses indi də davam edir. Bir çox təşəbbüslər irəli sürülüb. Ölkəmizdə bu ilin “Şəhərsalma və Arxitektura İli” elan olunması ilə WUF13-ün Azərbaycanda keçirilməsi arasında strateji əlaqə var”, - Gülşən Rzayeva bildirib.

O, urbanizasiyanın inkişafı ilə şəhərlərin ciddi çağırışlarla üzləşdiyini vurğulayıb.

“Urbanizasiya müsbət proses olmasına baxmayaraq, iqlim dəyişikliyinə də töhfə verir. WUF13 bu məsələlərə həsr olunacaq. Tədbirdə iqlim dəyişikliyi ilə bağlı həll olunmalı məsələlər, təkliflər, təşəbbüslər irəli sürüləcək. Məskunlaşma böhranı ilə əlaqədar həll yolları araşdırılacaq. BMT-nin araşdırmalarına əsasən dünyada 3 milyard insan mənzil təminatında çatışmazlıqla üzləşir. WUF13 təhlükəsiz və əlçatan məskunlaşmanın müzakirəsi üçün çox vacibdir. Konfrans çərçivəsində həm də Azərbaycanın bu sahədə təcrübələrini təqdim etmək imkanımız olacaq”, - Aparat rəhbərinin müavini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 228

Oxşar yazılar