Virusoloq Omicronun qeyri-adi xüsusiyyətini  açıqladı
10 yanvar 2022 06:18 (UTC +04:00)

Virusoloq Omicronun qeyri-adi xüsusiyyətini açıqladı

“Omicron ştamı xəstənin bədənində olduğu müddətdə COVID-19-un digər variantları ilə birləşmək qabiliyyətinə malikdir”.

Lent.az-ın məlumatına görə, bunu Rusiyanın Fundamental Tərcümə Tibb Mərkəzinin Yüksək Təhlükəli İnfeksiyalar Laboratoriyasının rəhbəri, virusologiya üzrə professor Aleksandr Çepurnov bildirib.

Professorun sözlərinə görə, omicron ştamı, ehtimal ki, soyuqdəymə ilə əlaqəli başqa bir virusun kiçik bir hissəsini götürüb: “Təkcə mutasiyanın çoxluğu ilə deyil, həm də daxilindəki əlavənin olması faktı omicron variantını əhəmiyyətli dərəcədə fərqləndirən amildir”.

Virusoloq qeyd edib ki, omicron ştamında başqa bir virus parçasının olması onun genetik materialı koronavirusun digər variantları ilə mübadilə etmək qabiliyyətinə sübut ola bilər.

Məlumat üçün bildirək ki, Kiprdə delta və omicron ştamlarının hibridi olan koronavirusun yeni variantı aşkar edilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1743
avatar

Oxşar yazılar