Uşaqları birinci sinfə gedənlərin DİQQƏTİNƏ
19 iyun 2021 13:31 (UTC +04:00)

Uşaqları birinci sinfə gedənlərin DİQQƏTİNƏ

İyunun 24-də saat 11:00-dan tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrdən uğurla keçən uşaqlar üçün məktəb seçimi mərhələsi aktiv ediləcək.

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, valideynlər (qanuni nümayəndə) www.mektebeqebul.edu.az portalında “Şəxsi kabinet”lərinə daxil olaraq müsahibələrdən uğurla keçən övladları üçün seçdikləri məktəbə sorğu yerləşdirə bilərlər.

# 1743
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar