Uşaqlar arasında yayılan bu virus TƏHLÜKƏLİ MƏRHƏLƏDƏ
06 aprel 2022 15:31 (UTC +04:00)

Uşaqlar arasında yayılan bu virus TƏHLÜKƏLİ MƏRHƏLƏDƏ

“Uşaqlar arasında yayılan virus epidemiya halını alır”.

Lent.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti pediatr Əkbər Quliyev deyib. O bildirib ki, bu “Rotavirus”dur:

“Son bir aydır məktəblilər arasında yayılan qusma və ishalla müşahidə edilən hallar və hərarət müşahidə olunur. Bu, azyaşlı uşaqlarda da çox görülür. 5-10 yaş aralığında olan uşaqlarda yoluxma halları daha çox görülür. Bu artıq epidemiya halını alıb. Bu virus nəcisdən götürülən analizlə müəyyən edilir. Əsas məqam ondan ibarətdir ki, uşaqlarda bu zaman kəskin su itkisi baş verir. Çalışırıq ki, bunun qarşısını alaq. Təəssüf ki, “Rotavirus”un simptomları bir həftədən bir aya qədər davam edir. Virusun uşaqlardan valideynlərinə də keçir".

Pediatr qeyd edib ki, iki aylıq uşaq da koronavirus ola bilər:

"Hətta körpə doğulan kimi də bu virusa yoluxa  bilər. Əgər ana hamiləlik dövründə koronavirus olubsa, uşaq virusla doğula bilir. Bunun qarşısı dərhal alınmalıdır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4518
avatar

Oxşar yazılar