Türkiyədə sentyabrdan etibarən ənənəvi tədrisə başlanılacaq.
Lent.az ölkə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli təhsil naziri Ziya Selçuk açıqlama verib. O bildirib ki, müəllimlər avqustun 31-dən, şagirdlər isə sentyabrın 6-dan məktəbə gələ biləcəklər:
“Dünyada və Türkiyədə koronavirusla bağlı gedişata baxmağımız lazımdır. Bu istiqamətdə nəzarət tədbirləri güclənib. Biz bu gün tərəddütsüz olaraq sentyabrda dərslərə başlamaq üçün çalışırıq”.