Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şadlıq saraylarında təşkil edilən toy mərasimlərində keçirilən yoxlamalar zamanı qonaqlardan bəzilərinin COVID-19 pasportu olmadığı müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, “Ağ saray”, “İnci”, “Ümid” və “Səma” şadlıq saraylarında mərasimə dəvət edilən qonaqlardan 50-sinin “COVID” pasportu olmadığı üçün onların saraya girişinə icazə verilməyib.