Tikinti şirkəti ilə bağlı PROKURORLUĞA  müraciət edildi
06 avqust 2021 14:40 (UTC +04:00)

Tikinti şirkəti ilə bağlı PROKURORLUĞA müraciət edildi

Xətai rayonu, 8 Noyabr prospekti-189 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Xidmət rəsmisi Vaqif Cavadov Lent.az-a bildirib ki, əraziyə keçirilən baxış zamanı “Real-Park” MMC tərəfindən ərazidə aparılan tikinti işləri zamanı 5 ağacın kəsildiyi və təbiətə 5280 manat məbləğində ziyan dəydiyi aşkarlanıb: “Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2478
avatar

Oxşar yazılar