Tibb müəssisələrinə ən çox bu SƏBƏBLƏRDƏN  müraciət edilir
18 avqust 2021 10:42 (UTC +04:00)

Tibb müəssisələrinə ən çox bu SƏBƏBLƏRDƏN müraciət edilir

İyul ayında Bakı və Sumqayıt, eləcə də ölkənin 58 rayon və şəhəri tibbi ərazi bölmələri üzrə tibb müəssisələrinə ən çox edilən müraciətlər açıqlanıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Lent.az-aa verilən məlumata görə, Bakı və Sumqayıtda müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntuları, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, həzm, tənəffüs sistemi xəstəlikləri, mamalıq və ginekologiya, zədələr və zəhərlənmələr, sinir sistemi, habelə sidik-cinsiyyət sistemi xəstəlikləri ilə bağlı olub.

Ölkənin 58 rayon və şəhər üzrə tibb müəssisələrinə müraciətlərin çoxu isə əhalinin sağlamlıq vəziyyətinə təsir edən amillər, qan dövranı sistemi, endokrin sistemi xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, sidik-cinsiyyət, həzm, tənəffüs, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, mamalıq və ginekologiya, zədələr və zəhərlənmələr, habelə, gözün və gözün əlavə aparatının xəstəlikləri ilə bağlı olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1953
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar