“Təzəpir” məscidində Qurban bayramı münasibətilə bayram namazı
21 iyul 2021 09:21 (UTC +04:00)

“Təzəpir” məscidində Qurban bayramı münasibətilə bayram namazı

“Təzəpir” məscidində BAYRAM NAMAZI qılındı - FOTO

Bu gün Bakının “Təzəpir” məscidində Qurban bayramı münasibətilə bayram namazı qılınıb.

APA-nın xəbərinə görə, “Təzəpir” məscidində bayram namazını Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə qıldırıb.

Bayram namazında İranın Ali Rəhbərinin Azərbaycandakı nümayəndəsi höccətül-islam Ocaq Nejad ağa və İran səfiri Seyid Abbas Musəvi də iştirak ediblər.

Xatırladaq ki, iyulun 20-si və 21-də Azərbaycanda Qurban bayramı qeyd olunur.

# 2238
avatar

Oxşar yazılar