Təqaüd kartları ilə bağlı haradan məlumat almaq olar? – CAVAB
19 sentyabr 2024 12:11 (UTC +04:00)

Təqaüd kartları ilə bağlı haradan məlumat almaq olar? – CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu təqaüd kartları ilə bağlıdır.

Maraqlıdır, təqaüd ödəniş bank kartlarının hazır olub-olmaması və hardan götürülməsi ilə bağlı vətəndaş haradan məlumat əldə edə bilər?

Lent.az xəbər verir ki, vətəndaşlar 142 - Çağrı Mərkəzinə zəng vurmaqla, Dövlət Sosial Müdafiə Fondu, yaşayış yeri üzrə Fondun şəhər (rayon) şöbələrinə və DOST mərkəzlərinə müraciət etməklə öyrənə bilərlər. Müraciət onların adından bu məqsədlə vəkalət verilmiş nümayəndələri tərəfindən də edilə bilər. Kartları DOST mərkəzlərindən və müvafiq bank filiallarından əldə edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4641
avatar

Arzu Qurbanlı

Oxşar yazılar