Tələbələrdən peyvənd pasportları TƏLƏB EDİLƏCƏK
26 iyul 2021 15:16 (UTC +04:00)

Tələbələrdən peyvənd pasportları TƏLƏB EDİLƏCƏK

Ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması tələb olunacaq.

Lent.az-ın məlumatına görə, bu, Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda etdiyi dəyişiklikdə əksini tapıb.

Eyni zamanda, mülkiyyət formasından asılı olmayaraq 1 sentyabr tarixindən etibarən bütün elm və təhsil müəssisələrinin işçilərinin ən azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3558
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar