Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bu günə olan mövzusu TƏBİB sədri Ramin Bayramlının özünə dəbdəbəli villa tikdirməsi ilə bağlı yayılan məlumatlarla bağlıdır.
Bu barədə Lent.az-a TƏBİB-dən bildirilib ki, TƏBİB rəhbərliyi ilə bağlı dərc olunan məlumatlar həqiqəti əks etdirmir:
"Heç bir ciddi fakta və sənədlərə əsaslanmayan və araşdırılma aparılmadan yayılmış məlumatları təəssüflə qarşılayır və təkzib edirik.
Hamımız üçün önəmli olan pandemiya ilə mübarizə apardığımız bu dövrdə hər kəsdən daha həssas olmağı xahiş edirik".
Qeyd edək ki, TƏBİB sədri Ramin Bayramlının dəbdəbəli villa tikdirməsilə bağlı iddialar və fotoşəkillər sosial və yerli mediada geniş yayılıb. Ərazidə aparılan çəkiliş zamanı isə R.Bayramlının qardaşı olduğunu deyən Razim Bayramlı villanın özünə məxsus olduğunu və arı təsərrüfatı hesabına başa gəldiyini bildirib.