Şuşada gözlənilən   3 günlük HAVA PROQNOZU
15 dekabr 2022 13:06 (UTC +04:00)

Şuşada gözlənilən 3 günlük HAVA PROQNOZU

Şuşa, Kəlbəcər və Laçında qarşıdakı 3 gündə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, hava şəraitinin yağmursuz keçəcəyi, arabir duman olacağı, 16-sı gündüzdən 17-si gündüzədək az qar yağacağı gözlənilir.

Havanın temperaturu gecə 3-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Dekabrın 16-da

Dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Arabir duman olacaq.
Lakin axşama doğru az yağıntılı olacağı, zəif qar yağacağı ehtimalı var.
Qərb küləyi 2-6 m/s.

Havanın temperaturu gecə 3-5° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacaq.

Dekabrın 17-də

Arabir az qar yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir.
Qərb küləyi 3-8 m/s.

Havanın temperaturu gecə 3-5° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacaq.

Dekabrın 18-də

Əsasən yağmursuz keçəcək. Arabir duman olacaq.
Şərq küləyi 2-6 m/s.

Havanın temperaturu gecə 3-5° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1965
avatar

Oxşar yazılar