“Vəziyyəti ağırlaşıb süni nəfəs aparatına qoşulan xəstələrin 97 faizi vaksin olunmayanlardır”.
Lent.az bildirir ki, bu məlumatı TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı özünün Twitter hesabında paylaşıb.
Paylaşımda bunlar bildirilir:
“Sağlamlığımızı virusun təhdidləri qarşısında aciz buraxmayaq. Nəticələrin müsbətə doğru dəyişməsi üçün birlikdə mübarizə aparaq”.