Süni intellekt  ERASI:  Hələ də dəm qazından ölürük
23 yanvar 2026 14:59 (UTC +04:00)

Süni intellekt ERASI: Hələ də dəm qazından ölürük

0

Dəm qazı və qaz sızma demək olar ki, hər gün can alır. Bu bədbəxt hadisələr isə adətən hamam otağında baş verir. “Sakit qurban” kimi sızaraq insanları zəhərləyən bu maddənin qışda daha çox istifadə olunması hazırkı aylarda mövzunu daha da aktuallaşdırır. Ötən il təkcə 66 nəfər dəm qazından zəhərlənib, qazsızma və dəm qazından vəfat edənlərin sayı isə durmadan artır. Ehtiyatlı olmaqdan danışırıq, lakin necə ehtiyat tədbiri görmək lazımdır, bunu çoxları bilmir.

Bəs görəsən, bu kimi bədbəxt hadisələrdən qorunmaq üçün xüsusi cihazlar varmı? Nələrə əməl etsək, qazın növbəti qurbanı biz olmarıq?

Təhlükəsizlik eksperti Elmar Nurəliyev Lent.az-a açıqlamasında bildirib ki, dəm qazından qorunmağın ən yaxşı yolu siqnalzasiyası olan dedektor quraşdırmaqdır:

İl ərzində 370 mindən çox insan boğularaq həyatını itirir"- Elmar Nurəliyev

“Qaz cihazı olan yerdə təhlükəsizlik məsələsi ön planda olmalıdır, yəni məişətdə qazdan istifadə olunursa, mütləq onun təhlükəsiz istismarı həyata keçirilməlidir. Qazın fiziki, kimyəvi xassəsinə görə o, yanır, partlayır, lakin düzgün istismar olunmadıqda dəm qazına səbəb olur. Ona görə də ilk növbədə standartlara uyğun qaz cihazından istifadə edilməlidir. Məişətdə qaz cihazı istifadə olunursa, mütləq orada havalandırma, nəfəslik və ventilyasiya qurğusu olmalıdır. Tüstü bacaları işlək vəziyyətdə, normativ standartlara uyğun qurulmalıdır ki, sovurma qabiliyyəti aktiv olsun. Onda dəlik, deşik, çat, birləşmə, arakəsmələrdə nasazlıq və buna bənzər problıemlər olmamalıdır. Qaz sızması və dəm qazı əleyhinə dedektorlar qoyulmalıdır. Bu qaydaları kompleks şəkildə etdikdə dəm qazının yaratdığı problemlərdən qorunmuş oluruq.

Dedektorlar dəm qazı əmələ gəldiyi an xüsusi səs siqnalları vasitəsilə istifadəçiləri xəbərdar edir. Qazsızma üçün yerləşdirilən dedektorlar isə sızıntı olduğu an təchizatı dayandırır və partlayışın qarşısı alınır. Qaz cihazı istifadə olunursa, mütləq bunlara ciddi yanaşmaq lazımdır”.

Mütəxəssis hamamda qazdan boğulmamaq üçün lazım olan normativlərdən danışıb:

“Dəm qazı natamam yanma məhsuludur. O, standartlara uyğun olmayan qaz cihazından, tüstü bacası işlək vəziyyətdə olmadıqda, nəfəslik, ventilyasiya qurğusu və otaqda oksigen olmadıqda yaranır. Əsasən dəm qazı hamam otaqlarında yaranır. Ümumiyyətlə, təhlükəsizlik baxımından hamam otaqlarında qaz cihazının olması məqsədəuyğun deyil. Lakin quraşdırılıbsa, mütləq orada təhlükəsizlik tədbirləri görüməli, dedektorlar, tüstü bacaları, nəfəslik, həmçinin qapının aşağı hissəsində xırda dəliklər olmalıdır ki, içəridə hava dövr etsin. Hamamın minimum kvadratı 7,5 kvadratmetr, hündürlüyü 2,2 metr olmalı, qapısı bayıra doğru açılmalı və aşağısında dəliklər olmalıdır. Bu standartların qoyulması təsadüfi deyil. Ölçülərə və tələblərə uyğun qurulan otaqda dəm qazı qurbanı olmaqdan sığortlanırıq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1212

Oxşar yazılar