Sosial yardım təyin ediləndə kimlər ailə üzvü kimi  nəzərə alınmır? – CAVAB 
22 avqust 2024 15:52 (UTC +04:00)

Sosial yardım təyin ediləndə kimlər ailə üzvü kimi nəzərə alınmır? – CAVAB 

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu ünvanlı dövlət sosial yardımının verilməsi ilə bağlıdır.

Maraqlıdır, ünvanlı dövlət sosial yardımı (ÜDSY) təyin edilərkən kimlər ailə üzvü kimi nəzərə alınmır?

Lent.az xəbər verir ki, sosial yardımın təyin olunması zamanı yardımın verilməsi üçün ailə tərkibində aşağıdakı şəxslər nəzərə alınmır:

- tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində, xüsusi təhsil müəssisələrində yaşayan şəxslər);

- müddətli həqiqi hərbi xidmətdə olan şəxslər;

- cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər;

- axtarışda olan şəxslər;

- Azərbaycan ərazisində yaşamayan Azərbaycan vətəndaşları;

- əcnəbilər (Azərbaycan ərazisində daimi yaşayanlar istisna olmaqla).

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 26229
avatar

Arzu Qurbanlı

Oxşar yazılar