"Sosial şəbəkələrdə alimlərin, uşaqların, zəhmətkeşlərin uğurunu paylaşmaq lazımdır" - Anarxizm var
24 aprel 2026 13:12 (UTC +04:00)

"Sosial şəbəkələrdə alimlərin, uşaqların, zəhmətkeşlərin uğurunu paylaşmaq lazımdır" - Anarxizm var

0

İctimai və dövlət maraqlarının müdafiəsi bu gün yalnız siyasi və hüquqi müzakirələrin predmeti deyil, eyni zamanda hər bir vətəndaşın gündəlik həyatına birbaşa təsir edən aktual məsələyə çevrilib. Dünyada informasiya axınının sürətlənməsi, sosial şəbəkələrin təsir gücünün artması və cəmiyyətin daha fəal mövqe tutması bu mövzunu daha da ön plana çıxarır. Artıq insanlar yalnız müşahidəçi deyil, qərarların formalaşmasında iştirak etmək istəyən aktiv subyektlərə çevriliblər.

Bu reallıq fonunda dövlətin qarşısında duran əsas vəzifələrdən biri həm milli maraqları qorumaq, həm də ictimai gözləntilərə adekvat cavab verməkdir. Çünki dövlətin gücü təkcə onun sərhədlərinin və təhlükəsizliyinin qorunması ilə ölçülmür. Eyni zamanda bu güc, vətəndaşların hüquq və azadlıqlarının necə təmin olunması, onların sosial rifahının hansı səviyyədə qorunması ilə müəyyən edilir. Bu isə ictimai maraqların dövlət siyasətində nə dərəcədə nəzərə alındığını bir daha aktuallaşdırır.

Müasir dövrdə ictimai və dövlət maraqları arasında balansın qorunması getdikcə daha həssas məsələ halını alır. Bir tərəfdən dövlət təhlükəsizliyi, milli maraqlar və strateji qərarlar dayanırsa, digər tərəfdən vətəndaşların hüquqları, şəffaflıq tələbləri və sosial ədalət gözləntiləri dayanır. Bu iki istiqamət arasında düzgün tarazlığın tapılması isə həm idarəetmənin effektivliyini, həm də cəmiyyətin dövlətə olan etimadını müəyyən edən əsas faktorlardan biridir.

Məhz bu səbəbdən bu gün ictimai və dövlət maraqlarının müdafiəsi mövzusu təkcə rəsmi qurumların deyil, həm də medianın, ekspertlərin və vətəndaş cəmiyyətinin diqqət mərkəzindədir. Bu məsələ ətrafında aparılan müzakirələr isə bir sıra sualları daha da aktuallaşdırır: İctimai və dövlət maraqlarının müdafiəsi bu gün hansı səviyyədə təmin olunur? Bu iki anlayış arasında balansı qorumaq nə dərəcədə çətindir? Medianın ictimai maraqların müdafiəsində rolu nə qədər effektivdir? Sosial şəbəkələr ictimai rəyin formalaşmasına müsbət yoxsa mənfi təsir göstərir?

Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu Lent.az-a açıqlamasında bildirib ki, hər nə qədər siyasi elm ictimai və dövlət maraqlarını ayrılıqda qiymətləndirsə də, nəticə etibarı ilə hər iki maraq eynidir:

“Dövlət əslində ictimai münasibətlər sisteminin nəticəsində meydana çıxan təsisatdır. Yəni cəmiyyətin siyasi-hüquqi sifarişi nəticəsində ortaya çıxan, həmçinin idarəetmə və təhlükəsizlik funksiyasını yerinə yetirən orqandır. Buna görə də məntiqi baxımdan dövlət və ictimai maraqlar eynidir. Nəticə etibarı ilə dövlət ictimai maraqların ən böyük qoruyucusu qismində çıxış edir və bunu hüquqi münasibətlər sistemi ilə tənzimləyir. Bu sistem nəticəsində də hüquqi, demokratik, sosial dövlət kimi anlayışlar meydana çıxır. Bunların hər biri dövlətin funksiyalarını təşkil edir. Ona görə də burada hər iki maraqların ortaq nöqtələri var.

Lakin cəmiyyət və ictimai münasibətlər kontekstində ictimai maraqları dövlət maraqlarından ayırsaq, burada ictimai maraqların məzmununda önə çıxan sosial, hüquqi, humanitar aspektlər ayrıca götürülə bilər. Yəni dövlətin hansı xidməti vətəndaşa necə təqdim etməsində ictimai maraqlar bir qədər fərqli davrana bilir.

Azərbaycanda həm dövlət-cəmiyyət münasibətləri kontekstində, həm də vətəndaşların səs verməsi ilə keçirilən konstitusiya vasitəsiylə bu sistem çoxdan qurulub. Dövlətin bütün idarəetmə fəlsəfəsi də, davranış qaydaları da, xarici-daxili siyasəti də konstitusiya prinsiplərindən irəli gələn məsələdir. Konstituasiya da xalq tərəfindən qəbul edilib. Mənim fikrimcə, hər iki institutun arasındakı balans onların öz vəzifələrini layiqincə yerinə yetirməsindədir. Yəni dövlət vətəndaşa xidmətlər göstərməli, ona xidmətlər verməli, təhlükəsizliyini təmin etməli, sosial rifahını, inkişafını, iqtisadi və siyasi münasibətlərini tənzimləməlidir.

Vətəndaşlar isə dövlət qarşısında öz vəzifə borclarını yerinə yetirməlidirlər. Əgər hər iki tərəf öz öhdəliyini yerinə yetirərsə, balans pozulmaz. Lakin məsələ odur ki, insanlar dövlət yaratmağı bacardıqdan bu günə qədər bu münasibətlərdə müəyyən problemlər olub”.

Deputat qeyd edib ki, media dövlət-vətəndaş münasibətlərinin tənzimlənməsində körpü rolunu oynayır:

“Mən xatırlayıram, Azərbaycan Prezidenti mediaya müraciətində bir neçə dəfə bildirib ki, “problemlərin ortaya çıxarılmasında siz mənim köməkçilərimsiniz”. Hər bir media subyekti və ya ictimai fəal vətəndaş Prezidentin bu çağırışını unutmamalıdır. Nöqsanlar varsa, onları dövlət orqanlarının diqqətinə çatdırmalı, onun həll yollarını axtarmaq, təkliflər vermək lazımdır. Yalnız belə olarsa, daha effektiv və operativ şəkildə problemlər həll ola bilər.

Sosial şəbəkələrə gəldikdə isə, onlar təəssüf ki, real ictimai münasibətlərin bir qədər anarxist formasıdır. Çünki istifadəçilər sosial şəbəkədəki davranışları zamanı özlərini hüquqdan kənarda saxladıqlarını, məsuliyyət daşımadıqlarını düşünürlər. Bu düşüncə xaos, anarxizm və etik problemlərə səbəb olur. Lakin görünür, bir müddətdən sonra biz buna da öyrəşməli olacağıq. Çünki sosial şəbəkə istifadəçiləri real münasibətlərdə olduğu kimi öz məsuliyyətlərini dərk etməli olacaqlar. Çoxsaylı qanunun qəbulu ilə sosial şəbəkələrdə vətəndaş məsuliyyəti və məsuliyyətsizliyə görə cəza tətbiqi bu problemi həll edəcək.

Bu kimi neqativ hallarla yanaşı, sosial şəbəkələrin müsbət tərəfləri də var. Sadəcə burada yaxşılığın təbliğini, köməkləşməni, dövlətin vətəndaşa yardımını, qələbəmizin öyrənilməsini, hansı şərtlər altında qalib dövlətə çevrilməyimizi tendensiyaya çevirmək lazımdır. Alimlərin, uşaqların, kənd təsərrüfatı işçilərinin uğurlarını tez-tez paylaşmaq lazımdır ki, oradakı əhval-ruhiyyə dəyişsin. Hazırda bu bir qədər fərqlidir, amma fikrimcə, yavaş-yavaş o mərhələyə də qədəm qoya biləcəyik”.

Manset.az | Hikmət Babaoğlu "Şöhrət" ordeni ilə təltif edildi

Yazı Medianın İnkişafı Agentliyinin “ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda dərc edilib.

Medianın İnkişafı Agentliyi — VikipediyaMedianın İnkişafı Agentliyi — Vikipediya

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 230

Oxşar yazılar