İsrail Müdafiə Qüvvələri İran hava hücumundan müdafiə sistemlərini hədəf alan hücumların görüntülərini yayıb.
Lent.az "MOUZE" teleqram kanalına istinadən həmin görüntüləri təqdim edir:
***
08:00
İsrail İranda neft-kimya şirkətinə zərbə endirib.
Xuzistan vilayəti valiliyinin təhlükəsizlik məsələləri üzrə müavini Vəliəllah Həyati jurnalistlərə açıqlamasında bir neçə dəqiqə əvvəl Mahşəhrdə yerləşən “Karun” neft-kimya şirkətinin İsrailin hava hücumuna məruz qaldığını, nəticədə müəssisənin bir hissəsinin zədələndiyini bildirib.
O əlavə edib ki, dəymiş ziyanın miqdarı və mümkün itkilərlə bağlı əlavə məlumatlar daha sonra açıqlanacaq.