Bakının bu küçələrində  minib-düşməyə icazə verildi
25 may 2026 14:28 (UTC +04:00)

Bakının bu küçələrində minib-düşməyə icazə verildi

0

Paytaxtın Səməd Vurğun və Mərdanov qardaşları küçələrində mövcud küçə parklanma yerlərinin bir hissəsi ləğv olunaraq yaxınlıqda yerləşən tibb müəssisələrinə gələnlər üçün əlavə şərait yaradılıb.

Bu barədə AYNA-dan Lent.az-a məlumat verilib.

Belə ki, Səməd Vurğun küçəsi, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının qarşısında “3.28” - “durmaq qadağandır” yol nişanı quraşdırılaraq minib-düşmə yeri təşkil olunub. Eyni zamanda “5.14” – “minik taksilərinin duracaq yeri” yol nişanı yerləşdirilməklə taksilərin sərnişinləri düşürmələri üçün şərait yaradılıb.

Bundan əlavə, Mərdanov qardaşları küçəsi, Respublika Pediatriya Mərkəzinin və Kliniki Tibbi Mərkəzin qarşılarında “3.28” - “durmaq qadağandır” nişanları quraşdırılaraq minib-düşmə yerləri təşkil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 256

Oxşar yazılar