Bülənt Ersoyun milyonluq üzükləri  və saatı göz qamaşdırdı
08 iyun 2026 11:34 (UTC +04:00)

Bülənt Ersoyun milyonluq üzükləri və saatı göz qamaşdırdı

0

Səhnə şouları və təmtəraqlı üslubu ilə də tez-tez gündəmə gələn Bülent Ersoy bu dəfə sərvət dəyərindəki zinət əşyaları ilə özündən söz etdirib.

Lent.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, Türkiyə musiqisinin divası barmaqlarını bəzəyən nəhəng brilyant və zümrüd qaşlı üzüklər, eləcə də lüks saatı ilə diqqət çəkib.

Daşlarla bəzədilmiş ikonik gün eynəyi və iddialı çəhrayı dodaq boyası ilə görünüşünü tamamlayan Ersoy özünəməxsus üslubundan yenə də əl çəkməyib. 

Qısa müddətdə sosial media platformalarında yayılan görüntülər çoxsaylı şərhlərə səbəb olub. Ona “Diva yenə də öz dəbdəbəsindən güzəştə getmir”, “Zəriflik və təmtərağın adı Bülənt Ersoydur”, “Barmaqlarında sanki, bir sərvət daşıyır”, “Bülənt xanım, yaşıl üzüyünüzü mənə versəniz, vallah bütün dərdlərim bitər” kimi şərhlər gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 350

Oxşar yazılar