SOS:  Azərbaycanda məktəb uşaqları arasında SU ÇİÇƏYİ YAYILIB
26 noyabr 2024 11:19 (UTC +04:00)

SOS: Azərbaycanda məktəb uşaqları arasında SU ÇİÇƏYİ YAYILIB

Azərbaycanda orta məktəb şagirdləri arasında su çiçəyi xəstəliyi yayılıb. 

Bu barədə Lent.az-a valideynlər məlumat veriblər. 

İddia olunur ki, bəzi məktəblərdə uşaqlar arasında su çiçəyinə yoluxma hallarına rast gəlinir. 

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Lent.az-a verilən məlumata görə, payız-qış mövsümünün başlanması ilə əlaqədar ölkədə əsasən uşaqlar arasında su çiçəyi xəstəliyinə yoluxma hallarına rast gəlinir.

2024-cü ilin ötən dövrü ərzində qeydə alınan su çiçəyi hadisələrinin səviyyəsində keçən ilin müvafiq dövrü ilə müqayisədə azalma müşahidə olunur.

Qeyd etmək lazımdır ki, su çiçəyi xəstəliyinə qarşı ölkədə peyvəndləmə aparılmır.

Qeydə alınan xəstəlik ocaqlarında profilaktik və əks-epidemik tədbirlərin aparılması təmin edilir.

Epidemioloji vəziyyət nəzarət altındadır və səhiyyə orqanları tərəfindən diqqətlə izlənilir. 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən isə Lent.az-a bildirilib ki, hər hansı bir xəstəliyə yoluxma hallarının müşahidə olunması ilə bağlı məlumat daxil olduğu halda, ümumi təhsil müəssisələrində müvafiq ixtisaslaşdırılmış qurumlar tərəfindən dezinfeksiya işləri həyata keçirilir.  

Valideynlərə hər zaman məsləhət görülür ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda, tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil.

Qeyd edirik ki, məktəblilər arasında müvafiq xəstəliyə yoluxma ilə bağlı statistik məlumatı aidiyyəti səhiyyə qurumu müəyyən edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4453

Oxşar yazılar

Bakıda bu parkinqlərdə qiymətlər artırıldı - VİDEO

Bakıda bu parkinqlərdə qiymətlər artırıldı - VİDEO

6 iyun 2025 , 14:39
Sabah bu rayonlara qar yağacaq  - PROQNOZ

Sabah bu rayonlara qar yağacaq - PROQNOZ

6 iyun 2025 , 12:07
Əksər rayonlara leysan yağır - FAKTİKİ HAVA

Əksər rayonlara leysan yağır - FAKTİKİ HAVA

6 iyun 2025 , 10:32
"Qaragenlə görüşməyi özümə yaraşdırmıram"  - Allahşükür Paşazadə

"Qaragenlə görüşməyi özümə yaraşdırmıram" - Allahşükür Paşazadə

6 iyun 2025 , 09:53
Azərbaycanda bayram namazı  qılınır

Azərbaycanda bayram namazı qılınır

6 iyun 2025 , 08:01
Azərbaycanda Qurban bayramı  tətili başladı

Azərbaycanda Qurban bayramı tətili başladı

6 iyun 2025 , 01:16
Azərbaycanda Qurban bayramı  qeyd olunur

Azərbaycanda Qurban bayramı qeyd olunur

6 iyun 2025 , 01:14
Prezidentdən Qurban bayramı PAYLAŞIMI

Prezidentdən Qurban bayramı PAYLAŞIMI

6 iyun 2025 , 00:17