Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 831 880 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 581 nəfər müalicə olunaraq sağalıb, 10 280 nəfər vəfat edib, aktiv xəstə sayı 19 nəfərdir.
Ölkədə son sutka ərzində 651, hazırkı dövrədək isə 7 631 556 test aparılıb.