Son günlər tez-tez dəyişən hava orqanizmimizə necə təsir edir? – Həkim DANIŞIR
06 iyun 2023 17:27 (UTC +04:00)

Son günlər tez-tez dəyişən hava orqanizmimizə necə təsir edir? – Həkim DANIŞIR

Son günlərdə hava şəraiti gah isti, gah da soyuq və küləkli müşahidə olunur.

Maraqlıdır, görəsən hava şəraitinin bu cür tez-tez və kəskin şəkildə dəyişməsi insan orqanizminə necə təsir edir?

Məsələ ilə bağlı tibb elmləri doktoru, həkim professor Adil Qeybulla Lent.az-a açıqlamasında bildirib ki, havaların dəyişməsinə insan orqanizmin uyğunlaşma imkanları yüksəkdir. 

Onun sözlərinə görə, isə pandemiya zamanı virusa yoluxan insanlarla bağlı eyni sözləri söyləmək o qədər də asan deyil.

Həkim bu barədə aşağıdakıları söylədi: 

“İmmun sistemi xeyli zəifləmiş, müxtəlif dərman preparatları qəbul etmiş insanların bu cür havalarda soyuqdəymə, qripə yoluxma ehtimalları yüksəkdir. Çünki insanların immun sistemi koronavirus pandemiyasının kəskin şəkildə yayıldığı zaman xeyli zəifləyib. Məhz bu baxımdan hesab edirəm ki, insanlar havaya uyğun geyinməli və normal havada kondisionerdən istifadə etməməlidir”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2268
avatar

Arzu Qurbanlı

Oxşar yazılar