Sığorta, yoxsa yolaverdi?  - Səhiyyəmizin Bermud üçbucağı - REPLİKA
07 iyul 2022 14:30 (UTC +04:00)

Sığorta, yoxsa yolaverdi? - Səhiyyəmizin Bermud üçbucağı - REPLİKA

Bu günlərdə bir narahatlıq yaşadım və fikirləşdim ki, həkimə getməliyəm. Hər ay maaşımızdan sığorta ödənişləri üçün xeyli məbləğ tutulur. Ona görə özəl klinikada yox, elə sığorta xəttimlə müayinə planlaşdırdım. Amma sən saydığını say gör, bizim  səhiyyə sistemimiz nə sayır.  

İlkin diaqnozu dəqiqləşdirmək üçün KT (kompüter tomoqrafiyası) və MRT (maqnit-rezonans tomoqrafiyası və ya nüvə-maqnit-rezonans tomoqrafiyası) kimi dəqiq və müasir müayinə aparatları var, mən də üz tutdum  qeydiyyatda olduğum xəstəxanaya. Üz tutduğum klinikada və digər dövlət xəstəxanalarında bu aparatlara rast gəlmədim, özəl xəstəxanalarda isə KT müayinəsi 90, MRT müayinəsi 165 manatdır. Çox gəzəndən sonra, dövlət xəstəxanalarından birində axtardığımı tapdım. Dedilər KT də var, MRT-də, amma həkimlər məzuniyyətə çıxıb.

Son aylar hansı xəstəxanaya sığorta xətti ilə müraciət etsəm  və edənlərdən soruşsam da aldığımız  cavab eyni olub: Rentgen, USM, KT və MRT  mütəxəssisləri “məzuniyyətə  çıxıblar”. Bəs, əvəz edən yoxdurmu? Yox. Ölkədə bu qədər iş axtaran var, bu qədər mütəxəssis “iş yeri” deyib dad edir, amma bizdə məzuniyyətə gedən həkimi əvəzləyən həkim yoxdur. Həkim yerində olsa belə, sən müayinə qurğusuna düşmək üçün gərək onun gözü qarşısında can verəsən. Əks halda, “səndə heç nə yoxdu” deyib yola verirlər. Sözün həqiqi mənasında başdan edildiyini anlayırsan.

Ölkədə tanınmış bir həkim dostum var, ona giley-güzar edəndə dedi ki, sağlamlığının qayğısına qalmaq istəyirsənsə, özəl xəstəxanaya get, pulunu ver, müayinə  olun. “Biz həkimlər qalmışıq Səhiyyə Nazirliyi, TƏBİB və  sığortanın arasında. TƏBİB sığortaya görə vəd edilmiş maaşları vermir. Həkimlər 3 qurumun arasında çaş-baş qalıblar, hamı əmr edir, heç kim sahiblənmir. Ona görə çoxu üz tutub özəl klinikalara. Dövlət xəstəxanasında olanlar xəstələri ya tələbələrinin ümidinə qoyurlar, ya tibb bacılarının”. 

İnandım. Çünki öz başıma gəlib, həm də bir neçə dəfə. Ötür-ötür oyunu gedir. Xəstəni bezdirirlər, çıxıb gedir.

Səhiyyəmiz dönüb olub Bermud üçbucağı. Düşən çıxa bilmir, çıxan da bir şey anlamır, başını itirir. Anlamaq, səhvim varsa, düzəltmək istədim. Üz tutdum Səhiyyə Nazirliyinin mətbuat xidmətinə. Di gəl, mətbuat xidməti sanki Tanrı qapısıdır. Eşidir, amma cavab vermir. Nə edək? Keçək gücləndirilmiş dua rejiminə?

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5775

Oxşar yazılar

SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38
Leysan yağacaq,   sel gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

21 aprel 2025 , 18:13
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

21 aprel 2025 , 17:45
Qadın Roma Papası ola bilərmi:   Vatikan nə deyir?

Qadın Roma Papası ola bilərmi: Vatikan nə deyir?

21 aprel 2025 , 16:50
İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul  veriləcək

İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul veriləcək

21 aprel 2025 , 16:45
Sabah  intensiv yağış yağacaq   - PROQNOZ

Sabah intensiv yağış yağacaq - PROQNOZ

21 aprel 2025 , 13:04