Səudiyyə Ərəbistanı Həcc üçün icazə verilən limiti 1 milyon nəfərə çatdırıb.
Lent.az-ın xəbərinə görə, bunu “Saudi Press Agency” yayıb.
Yeni qaydaya görə, həcc və umrə ziyarətinə yaşı 65-dən az olan, tam vaksinasiya kursu keçmiş şəxslər buraxılır. Ötən il pandemiyaya görə qadağan edilmiş Həcc ziyarətinin bu il açılacağı ehtimal edilir.