Səs yazısı yayılan məktəb direktoruna ŞİDDƏTLİ TÖHMƏT  - VİDEO
22 fevral 2023 13:21 (UTC +04:00)

Səs yazısı yayılan məktəb direktoruna ŞİDDƏTLİ TÖHMƏT - VİDEO

Bakıdakı 49 nömrəli “İntellekt” məktəb-liseyində valideynlərdən vəsait tələb olunmasına dair yayılan səs yazıları ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılıb.

İdarədən Lent.az-a verilən məlumata görə, araşdırmanın nəticələrinə uyğun olaraq məktəb-liseyin direktoruna Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Belə hallara təkrar yol verildiyi halda daha ciddi tədbirlər görüləcəyi bildirilib.

Məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavininin əzizəsi nəzərə alınmaqla əmək müqaviləsinə xitam verilib.

Müəllimlərlə bağlı da qanunauyğun tədbirlərin görülməsi təmin ediləcək.

Qeyd edək ki, məktəbin fəaliyyətinə uyğun olmayan və müəllimin nüfuzuna xələl gətirən hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3081
avatar

Fidan İlqar

Oxşar yazılar