Sertifikasiyadan keçə bilməyən 8 minə yaxın müəllim  işsiz qaldı
10 iyul 2025 10:51 (UTC +04:00)

Sertifikasiyadan keçə bilməyən 8 minə yaxın müəllim işsiz qaldı

Artıq sertifikatlaşdırma prosesinin növbəti mərhələsi uğurla başa çatıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2025: peşəkar müəllim-keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, gələn il bütün müəllimlərin sertifikatlaşdırma prosesindən keçməsi təmin ediləcək.

Sertifikasiyanın 2022-ci ildən başladığını xatırladan nazir ümumilikdə bu proses çərçivəsində 8 minə yaxın müəlliminin fəaliyyətinə xitam verildiyini diqqətə çatdırıb.

"İmtahanda 30 suala cavab verən müəllimin Azərbaycan məktəbində fəaliyyət göstərməsi düzgün deyil”, - Emin Əmrullayev əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1078

Oxşar yazılar