Şərqi Zəngəzur və Qarabağ təhsil idarələri necə idarə ediləcək? - AÇIQLAMA
26 fevral 2022 09:45 (UTC +04:00)

Şərqi Zəngəzur və Qarabağ təhsil idarələri necə idarə ediləcək? - AÇIQLAMA

Əhalinin doğma torpaqlarına qayıdışı həyata keçirilənədək Şərqi Zəngəzur və Qarabağ regional təhsil idarələrinin hansı formada idarə ediləcəyi məlum olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayevin müvafiq əmrində qeyd edilib.

Əmrə əsasən, Şərqi Zəngəzur və Qarabağ regional təhsil idarələrinin əhatə etdiyi rayonlarda yerləşməyən məcburi köçkün təhsil müəssisələrində təhsilin təşkili və cari idarəetmə məsələləri (maliyyələşmə istisna olmaqla) işğaldan azad edilmiş ərazilərin bərpası, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı həyata keçirilənədək həmin təhsil müəssisələrinin yerləşdiyi şəhər və ya rayonun aid olduğu regional təhsil idarələri tərəfindən tənzimlənəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2202
avatar

Oxşar yazılar