Sərnişinlər ən çox hansı nəqliyyat vasitəsindən istifadə edir? - CAVAB
05 yanvar 2022 16:05 (UTC +04:00)

Sərnişinlər ən çox hansı nəqliyyat vasitəsindən istifadə edir? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında növbəti mövzu 2021-ci ildə əhalinin ən çox hansı nəqliyyat növündən istifadə etməsidir.

Əvvəlki illərdə statistik göstəricilərə əsasən, sərnişinlər ən çox metrodan istifadə ediblər. Ancaq son iki ildə ölkədə karantin rejimi tətbiq olunduğu üçün metronun fəaliyyəti uzun müddət dayanmışdı. Bəs görək, illik rəsmi statistika nə deyir? 2021-ci ildə sərnişinlər ən çox hansı nəqliyyat növündən istifadə ediblər?

Rubrikamızın sualına Dövlət Statistika Komitəsindən aydınlıq gətirilib. Bildirilib ki, 2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda ümumilikdə 1081,9 milyon sərnişinə xidmət göstərilib:

“Sərnişinlərin 93 faizi avtomobil nəqliyyatı, 6,7 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Nəqliyyat sektorunda daşımaların həcmində ən böyük rolu olan avtomobil nəqliyyatı ilə 1006,3 milyon sərnişin daşınıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq yük daşınmasında 0,1 faiz artım, sərnişin daşınmasında isə 2,0 faiz azalma qeydə alınıb.

Avtomobil nəqliyyatı üzrə sərnişinlərin 92 faizi avtobus, 8 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi isə 4,1 faiz azalıb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2889
avatar

Mehman Nəbiyev

Oxşar yazılar