Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə Şəki şəhərində qabaqlayıcı tədbirlər davam etdirilir
Lent.az xəbər verir ki, rayon ərazisində fəaliyyət göstərən ticarət, ictimai iaşə, turizm obyektlərində, sərnişindaşıyan avtobuslarında, dayanacaqlarda, eləcə də insanların sıx olduğu yerlərdə Şəki rayon İcra Hakimiyyətinin və Şəki rayon Polis Şöbəsi əməkdaşlarının birgə təşkilatçılığı ilə reydlər keçirilir, maarifləndirmə işləri aparılır
.
Paralel olaraq, görülən tədbirlər çərçivəsində, xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə Şəki rayonunda yerləşən idarə, müəssisə və təşkilatlarda, uşaq bağçalarında, mədəniyyət obyektlərində, rayon ərazisindəki istirahət parklarında, məhəllələrdə, yaşayış binalarında, dayanacaqlarda, ümumiyyətlə, insanların sıx toplaşdığı yerlərdə dezinfeksiya işləri aparılır.
Dezinfeksiya işləri, Şəki rayonu ərazisində fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrində də davam etdirilir.
Bütün bu tədbirlərə baxmayaraq, Şəkidə yenə də koronavirusa yoluxmada artım qeydə alınıb.