Səhiyyə işçilərində intihar riski daha yüksəkdir -  RƏSMİ
28 aprel 2021 11:14 (UTC +04:00)

Səhiyyə işçilərində intihar riski daha yüksəkdir - RƏSMİ

“Bir il ərzində minlərlə səhiyyə işçisi, həmçinin digər peşə sahibləri koronavirusdan həyatını itirib”.

APA-nın məlumatına görə, bunu Ümumdünya Əməyin Mühafizəsi günü ilə bağlı keçirilən onlayn tədbirdə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, pandemiya əməyin mühafizəsinin idarə edilməsinin ictimai səhiyyə sistemləri ilə bağlılığını göstərib: “COVID-19 zamanı dünyada səhiyyə işçilərinin 23 faizi depressiya və narahatlıq, 30 faizi isə yuxusuzluqdan əziyyət çəkib. Səhiyyə işçilərində intihar riski digər peşə sahiblərinə nisbətən daha yüksəkdir".

H. Harmancı bildirib ki, statistikaya əsasən, dünyada aşağı və orta gəlirli ölkələrdə səhiyyə işçilərinin 54 faizi gizli vərəm xəstəsidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1875
avatar

Oxşar yazılar