Şəhidin atası:  “Oğlumun 9 medalı var”
28 yanvar 2024 15:18 (UTC +04:00)

Şəhidin atası: “Oğlumun 9 medalı var”

4 ay komada qalaraq şəhid olan hərbçimiz 44 günlük vətən müharibəsinin iştirakçısı olub.

Lent.az xəbər verir ki, bu barədə APA-nın yerli bürosuna şəhidin atası Tahir Qasımov deyib.

Onun sözlərinə görə övladı ötən ilin sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı ağır yaralanıb:

“O, komada hərbi tibb müəssisəsində müalicə alsa da, həkimlərin səylərinə baxmayaraq şəhid olub. Bir ildən artıqdır ki Azərbaycan ordusunda xüsusi təyinatlı qüvvələrində xidmət edirdi”.

Şəhidin atası qeyd edib ki övladı işğal altında olan rayonların bir neçəsinin azad olunmasında iştirak edib, 9 medalı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4926
avatar

Oxşar yazılar