Şəhid Sadiq İsayev Salyanda dəfn edildi
16 sentyabr 2022 14:29 (UTC +04:00)

Şəhid Sadiq İsayev Salyanda dəfn edildi

Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində Salyan rayonunun Arbatan kənd sakini, 2003-cü il təvəllüdlü əsgər İsayev Sadiq Rəşad oğlu şəhid olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, şəhidin nəşi doğulduğu Arbatan kəndinə gətiriləndən sonra yaşadığı evdə vida mərasimi keçirilib.

 

Daha sonra 19 yaşlı şəhid İsayev Sadiq Rəşad oğlu Salyan şəhidlər xiyabanında torpağa tapşırılıb. Qeyd edək ki, ailədə 2 qardaş olan şəhidin böyük qardaşı hazırda hərbi xidmət keçir.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 150-200 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur.

# 2373
avatar

Oxşar yazılar