Şamaxıda baxımsız qalan uşaqların anası da  sığınacağa yerləşdirildi  - YENİLƏNİB
17 yanvar 2022 17:15 (UTC +04:00)

Şamaxıda baxımsız qalan uşaqların anası da sığınacağa yerləşdirildi - YENİLƏNİB

Şamaxıda baxımsız qalan uşaqların anası da sığınacağa yerləşdirlib.

Bu barədə Lent.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirlir ki, həmin uşaqların anası Sosial Xidmətlər Agentliyinin Şamaxı rayonunda fəaliyyət göstərən müəssisəsində reabilitasiya prosesinə cəlb olunub. 

***

Saat 14:06

Şamaxıda baxımsız vəziyyətdə qalan uşaqlar sığınacağa yerləşdirilib.

Lent.az xəbər verir ki, həmin uşaqlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətləri Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdiriliblər.

Qeyd edək ki, dünən Şamaxının İkinci Çaylı kəndində 5 azyaşlı uşağın baxımsız vəziyyətdə yaşadıqları barədə məlumat yayılmışdı.

 

 

# 3006
avatar

Aytəkin Cəlali

Oxşar yazılar