Lənkəranın bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Lent.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
"Martın 4-də Lənkəran Elektrik Şəbəkəsinin ərazisində 110/35/10 kV-luq "Lənkəran-1" yarımstansiyasından çıxan 10 kV-luq "Pravda" hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:30-dək Cil, Xarxatan, Şağlaser kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunub.