Sağlamlıq Mərkəzi, yoxsa?  - Sakinlər "donuruq" deyir, direktor "təmir olunur"...
17 fevral 2022 16:00 (UTC +04:00)

Sağlamlıq Mərkəzi, yoxsa? - Sakinlər "donuruq" deyir, direktor "təmir olunur"...

“Bizim kəndin həkim məntəqəsi bərbad gündədir. Otaqlar bum-buzdur, qızdırılmır. Odun sobasının ümidinə qalıb. Odun olanda azca qızır, olmasa heç. Divarlar isə adamın üstünə gəlir”. 


Bu sözləri Lent.az-a Cəlilabad rayon Qarazəncir kənd sakinləri bildiriblər.
Onların dediyinə görə, kənd məntəqəsi ambulator xidmət göstərsə də, adi sistem qoydurmaq üçün gərək üstünə iki-üç dənə yorğan atasan ki, donmayasan. 

“Otaqlar isə üfunət iyi verir. Rayondakı əksər kənd məntəqələri bu gündədir. Ən acınacaqlısı isə Qarazəncirdə”.


 
Cəlilabad rayon Mərkəzi Xəstəxanasının baş direktoru Elnur Azadxanovun Lent.az-a dediyinə görə, artıq rayonun kəndlərində həkim məntəqələrinin əsaslı təmirinə başlanılıb. 


“Sizin dediyiniz Ailə Sağlamlıq Mərkəzidir. Burada ambulator xidmət göstərilir. Mərkəzin bəzi otaqları təmirlidir.

Ümumilikdə, Sağlamlıq Mərkəzinin əsaslı təmirə ehtiyacı var. Yaxın vaxtlarda təmir nəzərdə tutulub”. 

Direktorun bildirdiyinə görə, Cəlilabadda artıq kənd həkim məntəqələrinin təmirinə başlanılıb. 6 kənddə məntəqələr tam təmir olunub. “Növbə Qarazəncir kəndinə də çatacaq”.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2631
avatar

Səbuhi Sədəf

Oxşar yazılar