Sağlam qocalmaq üçün  50 yaşdan əvvəl imtina etməli vərdişlər
28 oktyabr 2025 19:10 (UTC +04:00)

Sağlam qocalmaq üçün 50 yaşdan əvvəl imtina etməli vərdişlər

0

Alimlər deyirlər ki, bəzi vərdişləri nə qədər tez dəyişsəniz, bir o qədər uzun müddət gənc qala bilərsiniz. ABŞ Milli Qocalma İnstitutunun mütəxəssisləri sağlam yaşlanma şansını artırmaq üçün 50 yaşa qədər yeddi zərərli vərdişdən imtina etməyi tövsiyə edir.

Lent.az xarici mediaya istinadla həmin vərdişlərlə bağlı məlumat verir.

Ürək sağlamlığını qoruyun

Ürək-damar sisteminin sağlamlığı gənclikdən formalaşır və bu, 50 yaşdan sonra formda qalmaq üçün xüsusilə vacibdir. Kardioloq Antreas Xindoyanın sözlərinə görə, yaş artdıqca infarkt da daxil olmaqla ürək xəstəliklərinin riski yüksəlir. Lakin müntəzəm fiziki aktivlik və düzgün qidalanma bu riski əhəmiyyətli dərəcədə azalda bilər. Mütəxəssislər gündə ən azı 30 dəqiqə orta intensivlikli hərəkətlərə və ya həftədə üç dəfə 25 dəqiqəlik intensiv məşqlərə zaman ayırmağı tövsiyə edirlər.

Ağız gigiyenasına diqqət

50 yaşa yaxınlaşdıqca diş və diş ətlərinin vəziyyətinə xüsusi diqqət yetirmək vacibdir. Diş əti xəstəlikləri ürək-damar xəstəlikləri ilə əlaqəli ola bilər, lakin bir çoxları bunu nəzərə almır. Gənc yaşdan düzgün ağız gigiyenasına riayət etmək gələcəkdə xəstəlik riskini ciddi şəkildə azaldır.

Siqaretdən imtina

Hansı yaşda olursa-olsun, siqareti tərgitmək faydalıdır, lakin nə qədər tez olsa, bir o qədər yaxşıdır. Siqareti tərk etdikdən cəmi 24 saat sonra infarkt riski əhəmiyyətli dərəcədə azalır.

Çəkiyə nəzarət

50 yaşdan sonra sağlamlıq və hərəkətliliyin qorunması üçün normal çəkini saxlamaq əsas şərtlərdən biridir. Yaş artdıqca metabolizmin yavaşıması arıqlama prosesini çətinləşdirir. Həkim Qordiș qarın nahiyəsindəki artıq yağların azaldılmasını, sağlam qidalanma və fiziki aktivliyin birləşdirilməsini tövsiyə edir.

Düzgün qidalanın

Sağlam qidalanma vərdişlərinin erkən formalaşdırılması gələcək sağlamlıq üçün mühüm addımdır. Rasionun əsasını təbii məhsullar təşkil etməlidir. Milli Qocalma İnstitutunun mütəxəssisləri ən faydalı model kimi Aralıq dənizi pəhrizini göstərirlər,bura təzə meyvə və tərəvəz, tam taxıllar və faydalı yağlarla zəngin qidalanma sistemi aiddir.

Stressi idarə edin

Rahatlama və stresin idarə olunması metodlarını öyrənmək də sağlam yaşlanmaya təsir edir. Meditasiya, yoqa və ya sadə açıq hava gəzintiləri əhvalı yaxşılaşdırır və narahatlığı azaldır. Bu vərdişləri 50 yaşdan əvvəl gündəlik həyata daxil etmək məsləhət görülür.

Yaxşı yuxu - sağlamlığın əsasıdır

Sağlam qalmaq üçün gecə ən azı 7 saat yatmaq vacibdir. Əgər kifayət qədər yuxu almırsınızsa, yuxu rejimini qaydaya salmaq lazımdır. Milli Qocalma İnstitutu müntəzəm yuxu cədvəlinə əməl etməyi, günorta yuxusundan uzaq durmağı və fiziki aktivliyi artırmağı tövsiyə edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 46

Oxşar yazılar