Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, iki yük və bir minik avtomobilinin toqquşması nəticəsində “Niva” markalı nəqliyyat vasitəsinin sürücüsü hadisə yerində ölüb.
Yaralananların da olduğu bildirilir.
Hazırda fakt araşdırılır.