Sabahdan bu marşrut xətti "BakıKart"a keçir
17 avqust 2021 14:43 (UTC +04:00)

Sabahdan bu marşrut xətti "BakıKart"a keçir

Avqustun 18-dən Bakı Beynəlxalq Avtovaqzal Kompleksi - Lökbatan qəsəbəsi üzrə hərəkət edən 130 saylı marşrut xətti avtobuslarında gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlardakı "OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

İntiqam Əliyev küç. Keçid 15/94 (Lökbatan qəs.)
Alim Şəbiyev küç. (Lökbatan qəs.)
Seymur Orucov küç. (Lökbatan qəs.)
28 may küç. (Lökbatan qəs.)
Həmid Sultanov küç 97b, (Xocasən qəs.)
Ruslan Allahverdiyev küç, döngə 11 278, (Xocasən qəs.)
Rəşid İsmayılov küç 56, Biləcəri dairəsi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3255
avatar

Oxşar yazılar