Sabah qar yağacaq -  PROQNOZ
07 dekabr 2021 13:22 (UTC +04:00)

Sabah qar yağacaq - PROQNOZ

Dekabrın 8-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman və çiskin olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 8-10° isti, gündüz 12-15° isti, Bakıda gecə 7-9° isti, gündüz 12-14° isti olacaq.

Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 65-75 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək, lakin axşam bəzi şimal və qərb rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi bəzi rayonlarda arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 13-17° isti, dağlarda gecə 3-6° şaxta, gündüz 5-10° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Dekabrın 8-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

# 34611
avatar

Oxşar yazılar