Sabah Məhərrəm ayı başlayır
09 avqust 2021 11:15 (UTC +04:00)

Sabah Məhərrəm ayı başlayır

Sabah Hicri təqvimi ilə Məhərrəm ayı başlayır.

Lent.az xəbər verir ki, Miladi təqvimi ilə avqustun 10-u Məhərrəm ayının ilk günüdür.

Bu ayın 10-cü günü - Aşura avqustun 19-a təsadüf edəcək. Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri təxirə salınır.

Qeyd edək ki, Məhəmməd peyğəmbərin (s) nəvəsi imam Hüseyn (ə), onun ailə üzvləri və tərəfdarları Hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər.

 

# 2073
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar