
Sabah hava necə olacaq? - PROQNOZ
Yanvarın 23-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-9, Bakıda gecə 0-2, gündüz 7-9 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.
Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
Tibbi-meteoroloji proqnoza gəldikdə, yanvarın 23-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Hicranə Əlişqızı
Oxşar yazılar

Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2021 , 00:01
Küləkli havada avtomobillərinizi bu yerlərdə saxlamayın - XƏBƏRDARLIQ
7 mart 2021 , 16:57
Yeni direktor Yaqub Mahmudovun otağını konfrans zalına çevirdi
7 mart 2021 , 16:30
İki şagird imtahandan qovuldu
7 mart 2021 , 16:18
Dövlət qulluqçusu olmaq istəyənlər üçün bu imtahanlar başa çatdı-NƏTİCƏLƏR
7 mart 2021 , 16:01
Azərbaycanda son sutkada koronavirusa yoluxma 400-ü ötdü
7 mart 2021 , 14:33
Faktiki hava belə olub
7 mart 2021 , 13:41
Azərbaycan Ordusunda COVID-19 qarşı peyvənd olunan hərbi qulluqçuların sayı açıqlandı
7 mart 2021 , 12:55