Sabah  güclü leysan yağacaq   - HAVA PROQNOZU
28 iyun 2023 12:29 (UTC +04:00)

Sabah güclü leysan yağacaq - HAVA PROQNOZU

İyunun 29-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 27-32°  isti olacaq.

Atmosfer təzyiqi  757 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət  50-60 % olacaq.

Azərbaycanın rayonlarında

Əksər rayonlarda əsasən yağmursuz keçəcək. Lakin bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 31-36° isti, dağlarda gecə 9-14° isti, gündüz  15-20° isti olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 33930
avatar

Oxşar yazılar