Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Lent.az-a Milli Hidrometeorologiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, güclü şimal-qərb küləyi günün ikinci yarısından zəifləyəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə isti olacaq.