Rayonlara leysan yağıb – FAKTİKİ HAVA 
02 iyun 2023 00:09 (UTC +04:00)

Rayonlara leysan yağıb – FAKTİKİ HAVA 

Faktiki hava açıqlanıb.

Lent.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 01-i saat 23:00-a olan məlumatına əsasən  ölkə ərazisində yağıntılı hava şəraiti davam edib. 

Daşkəsən, Göygöl, Gədəbəy, Naftalan, Şəmkir, Qəbələ, Balakən, Zaqatala, Qax, İsmayıllı, Quba, Xaltan, Qrız, Kürdəmir, Neftçalada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. 

Yağan yağışlarla əlaqədar bəzi çaylarda sululuq artıb.
 

# 1818
avatar

Oxşar yazılar