Rayonlara güclü yağış yağacaq -  PROQNOZ
08 iyul 2021 13:34 (UTC +04:00)

Rayonlara güclü yağış yağacaq - PROQNOZ

0

İyulun 9-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 22-25 isti, gündüz 30-34 isti olacaq. Bakıda gecə 23-25 isti, gündüz 32-34 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 60-70 , gündüz 40-45 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti:

Şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25 dərəcə, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, Abşeron yarımadasında mülayim xəzri küləyinin gündüz arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25 isti, gündüz 32-36 isti, dağlarda gecə 11-16 isti, gündüz 20-25 dərəcə isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2676

Oxşar yazılar

Azərbaycanda saatsazlar üçün məktəb niyə yoxdur?

Azərbaycanda saatsazlar üçün məktəb niyə yoxdur?

3 sentyabr 2025 , 11:51
Naxçıvanda işıq olmayacaq

Naxçıvanda işıq olmayacaq

3 sentyabr 2025 , 11:37
Masallıda 17 min ev qazsız qalacaq

Masallıda 17 min ev qazsız qalacaq

3 sentyabr 2025 , 11:23
Səhiyyə Nazirliyində yeni TƏYİNAT

Səhiyyə Nazirliyində yeni TƏYİNAT

3 sentyabr 2025 , 11:06
Bu şəhərdə qaz olmayacaq

Bu şəhərdə qaz olmayacaq

3 sentyabr 2025 , 10:25
Toy və ya nişan:  sentyabr 5 BÜRCÜN həyatını daha yaxşılığa doğru  dəyişdirəcək

Toy və ya nişan: sentyabr 5 BÜRCÜN həyatını daha yaxşılığa doğru dəyişdirəcək

3 sentyabr 2025 , 09:09
Tiktoker Xosrov həbs edildi

Tiktoker Xosrov həbs edildi

3 sentyabr 2025 , 08:54
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

3 sentyabr 2025 , 08:50