Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin koronavirusa yoluxması ilə bağlı bəzi KİV-lərdə məlumatlar yayılıb.
AMEA-nın İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən Lent.az-a bildirilib ki, yayılan məlumatların heç bir əsası yoxdur və onlar həqiqəti əks etdirmir:
"AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin səhhətində heç bir problem yoxdur və o, iş başındadır".